Bərdədə evakuatorla minik maşını toqquşub, bir nəfər ölüb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Ağamirzəyev Nəriman Fərman oğlu "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən, 1978-ci il təvəllüdlü Etibar Məmmədov idarə etdiyi "İSUZU" markalı evakuatorla "VAZ" markalı avtomobilə arxadan çırpılıb.

Qəza nəticəsində vaz markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü E.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.