"Bavariya"da fevralın ən yaxşı futbolçusu müəyyənləşib.

"Unikal" xəbər verir ki, Aleksandr Pavloviç ardıcıl 2-ci ay Münhen təmsilçisinin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə 29 faiz səs toplayıb və  Camal Musiala (18,5 faiz) və Harri Keyni (14 faiz) qabaqlayıb.

Qeyd edək ki, A.Pavloviç 2023-cü ildən "Bavariya"da oynayır.