“Qarabağ”ın sabiq məşqçisi Öndər Karavəlinin yeni iş yeri bəlli olub.

"Unikal" xəbər verir ki, 50 yaşlı mütəxəssis Türkiyə Regional Həvəskarlar Liqasında mübarizə aparan “Əskişəhərspor”u çalışdıracaq.

Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Ö.Karavəli 2020-2021-ci illərdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun köməkçisi olub.