"Latsio"nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Unikal" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Komanda Covanni Martuşelloya tapşırılıb. 52 yaşlı mütəxəssis bu vəzifədə ötən gün istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.

Covanni Martuşello bu təyinata qədər də "Napoli"də işləyib. O, Sarrinin köməkçi məşqçisi olub. 

Qeyd edək ki, "Latsio" hazırda A seriyasında 40 xalla 9-cu pillədə qərarlaşır. Komanda artıq Çempionlar Liqasında mübarizəni dayandırıb.