UEFA Avropa Liqasının rəsmi səhifəsi “Qarabağ”ın futbolçusu Olavio Juninyo ilə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, qurumun “X” hesabı turnirin 1/8 final mərhələsinin Almaniya “Bayer”i ilə Bakıda keçirilən ilk görüşündə “sambaçı”ya aid “Juninyo “Bayer”lə ( Leverkuzen) qarşılaşmada şou göstərdi” başlıqlı post paylaşıb. Həmçinin də braziliyalının vurduğu qol və məhsuldar ötürməsi qeyd edilib.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə Bakıda 2:2 hesablı heç-heçə edib. Komandalar arasında cavab oyunu martın 14-də saat 00:00-da Leverkuzendə keçiriləcək.