Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

"Unikal" xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. "Atletiko" ilk görüşdə 0:1 hesabı ilə uduzduğu "İnter"i qəbul edib. Matçın əsas və əlavə vaxtı "Atletko"nun 2:1 üstünlüyü ilə başa çatıb. Buna görə də penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq olan (3:2) "Atletiko" 1/4 finala yüksəlib. 

"Borussiya" (Dortmund) isə ilk matçda heç-heçə etdiyi PSV ilə evdə qarşılaşıb. Dortmund klubu 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, bundan əvvəl "Bavariya", PSJ, "Mançester Siti", "Real", "Arsenal" və "Barselona" 1/4 finala vəsiqə qazanıb. 1/4 finalın püşkü martın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

13 mart

00:00. "Atletiko" (İspaniya)  - "İnter" (İtaliya) - 2:1 (Penaltilər - 3:2)

Qollar: Qrizman, 35, M.Depay, 86 - Dimarko, 33

İlk oyun - 0:1

00:00. "Borussiya" (Dortmund, Almaniya) - PSV (Niderland) - 2:0

Qollar: Sanço, 3, M.Roys, 90+5

İlk oyun - 1:1