Rusiyanın "Krasnodar" futbol klubu Murad Musayevi komandanın baş məşqçisi təyin edib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Krasnodar FK Murad Musayevin baş məşqçi təyin olunduğunu elan edir. Müqavilə bu mövsümün sonuna qədər bağlanıb ", - deyə komandanın saytında yazılıb.

Beləliklə, məşqçi 2018-ci ildən (rəsmi olaraq 2020-ci ildən) 2021-ci ilə qədər tutduğu vəzifəyə qayıdıb.

Qeyd edək ki, Murad Musayev "Sabah"ın sabiq baş məşqçisi olub. 

Gülayə Mecid