Moskva vaxtı ilə saat 22:00-a olan məlumata görə, bütövlükdə Rusiya Federasiyasında keçirilən prezident seçkilərində ölkə üzrə seçici fəallığı 36,09 faiz təşkil edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

*** 19:13

Rusiyada növbəti prezident seçkilərində, Moskva vaxtı ilə saat 15:30 olan məlumata görə, 20,23 faiz fəallıq qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

MSK-dan bildiriblər ki, 2,6 milyon seçici vaxtından əvvəl, yarım milyondan çox vətəndaş isə distant səs verib.

Gün ərzində seçki məntəqələrinin bir neçəsində, o cümlədən Sankt-Peterburqda, Voronej, Rostov vilayətlərində seçki qutularına boya tökülməsi, Moskvada isə seçici kabinəsinin yandırılması faktları qeydə alınıb. Qanun pozucuları saxlanılıb. Onları 5 ilədək həbs cəzası gözləyir. Seçki məntəqələrinin mühafizəsi gücləndirilib.

Xatırladaq ki, Rusiyada prezident seçkilərində dörd namizəd iştirak edir. Səsvermənin ilkin nəticələri martın 18-də elan olunacaq. Yeni seçiləcək prezidentin inaqurasiyası mayın 7-nə təyin olunub.