Rusiyada baş tutmuş prezident seçkisində bülletenlərin 99,43 faizi hesablanıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat ayıb.

Nəticələr görə, Vladimir Putin 87,32 faiz səslə liderdir.

İkinci yerdə Rusiya Kommunist Partiyasından Nikolay Xaritonovdur. O, seçicilərin 4,31 faiz səsini qazanıb.

Üçüncü yerdə 3,79 faiz səslə Vladislav Davankov (“Yeni İnsanlar”), sonuncu sırada isə 3,19  faiz səslə Leonid Slutski (RLDP) qərarlaşıblar.

***

17 mart, 22:46

Protokolların 30,08%-nin nəticələrinə görə, prezident seçkilərində Vladimir Putin 87,68% səslə öndədir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının açıqlamasında deyilir.

Nikolay Xaritonov isə ikinci yerdədir.

***22:03

Putin Rusiyada keçirilən prezident seçkilərində 87% səslə qalib gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin "exit-poll" nəticələri ilə bağlı hesabatında deyilir. 

Nəticələrə əsasən, Nikolay Xaritonov ikinci, Vladislav Davankov üçüncü, Leonid Slutski isə dördüncü yerdədir.