Son zamanlar Britaniya Kral ailəsi ilə bağlı xəbərlər dünya gündəmini zəbt edir. 

"Unikal" xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp da Amerikada yaşayan şahzadə Harrinin viza müraciəti ilə bağlı açıqlama verib.

O, Britaniya şahzadəsi Harrinin narkotik maddələrdən istifadəsinə imkan verməyəcəyini, onun müvəqqəti yaşayış hüququnu əlindən alacağını bildirib. ABŞ mediası Kral ailəsindən ayrılaraq xanımı Meqan və iki övladı ilə Birləşmiş Ştatlarda yaşayan şahzadənin viza müraciəti zamanı narkotik maddələrdən istifadə etməsi ilə bağlı yalan söylədiyini iddia edir. Harri bundan əvvəl özünün “Spare” adlı kitabında ABŞ qanunlarına görə viza müraciətinin rədd edilməsinə səbəb ola biləcək narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdi.

Yerli telekanala müsahibə verən Tramp bildirib ki, bu məsələdə heç kimə güzəşt etməyəcək. 

Zərifə Nağıyeva