İrlandiyanın Baş naziri Leo Varadkar istefa verib.

"Unikal" xəbər verir ki, Leo Varadkar İrlandiyanın Baş naziri və Fine Gael partiyasının sədri vəzifələrindən də istefa verib. O, istefaya getməyinin səbəblərinin həm şəxsi, həm də siyasi səbəblərlə bağlı olduğunu deyib.

Leo Varadkar Baş nazir vəzifəsində 2022-ci ilin dekabrında fəaliyyətə başlayıb. O, 2017-ci ildən 2020-ci ilədək də bu vəzifəni tutub.

Qeyd edək ki, Leo Varadkarın rəhbərlik etdiyi Fine Gael partiyası Fianna Fail partiyası ilə birlikdə İrlandiya siyasətində iki böyük partiyadan biridir.