Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antonii Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşəcək.

"Unikal" armenpress-ə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

Armen Qriqoryan bildirib ki, görüşdə Ermənistanın inkişafına kömək edəcək üçtərəfli əməkdaşlıq müzakirə olunacaq.