Həlak olan şəxslərin siyahısındakı Hüseynov Vüqar Fuad oğlunun Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən hər hansı bir sənədə malik olmadığı müəyyən edilib.

"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

***12:30

Moskvadakı “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində həlak olanlar və xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması dəqiqləşdirilir.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib.

***

Moskva vilayəti Səhiyyə Nazirliyi “Crocus City Hall” ticarət mərkəzində törədilmiş terror aktı nəticəsində ölənlərin ilkin siyahısını dərc edib.

"Unikal" xəbər verir ki, siyahıda 37 nəfərin, o cümlədən azərbaycanlı olduğu ehtimal edilən Vüqar Hüseynov adlı şəxsin də adı var.