İngiltərə millisinin və "Bavariya"nın futbolçusu Harri Keyn “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Braziliya ilə matçını buraxacaq.

"Unikal" xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb. 30 yaşlı hücumçu Münhen təmsilçisinin heyətində "Darmştadt"la görüşdə topuğundan zədə alıb.

Forvardın artıq Braziliya ilə oyunu buraxacağı dəqiqləşib. Onun Belçikaya qarşı oynayıb-oynamayacağı isə hələlik məlum deyil.

Qeyd edək ki, İngiltərə millisi martın 23-də Braziliya, 26-da isə Belçika ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.