Moskvada "Crocus City Hall"da baş verən terror aktı zamanı yüzdən çox insanı xilas edən İslam adlı on beş yaşlı məktəbli diqqət çəkib. 

"Unikal" xəbər verir ki, o, hadisədən sonra yerli KİV-ə danışıb. 

İslam bir ilə yaxındır ki, konsert zalının qarderobunda yarımştat işləyir. Belə ki, yeniyetmə həyatını riskə ataraq, insanların "Crocus Expo" ərazisinə daxil olmasına kömək edib. Onun sözlərinə görə, düz saat 20:00-da atışma səsləri eşidilməyə başlayıb, bundan sonra o, insanları xilas etməyə başlayıb.

İslam qeyd edib ki, terror aktı zamanı "Crocus"da 6200 nəfər olub. “Mən başa düşdüm ki, getsəm, yüzlərlə insan öləcək. Bacardığım qədər insanlara çıxış yolunu göstərdim. Mən özümü qəhrəman hesab etmirəm”, - deyə səkkizinci sinif şagirdi etiraf edib.

Gülayə Mecid