Rusiyanın paytaxtı Moskvada konsert zalında törədilən terror aktı zamanı həyat yoldaşını qorumaq istəyərkən terrorçulardan birini zərərsizləşdirən şəxsin mükafata layiq görüldüyü açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

Komitənin açıqlamasında belə deyilir:

"Terror aktı zamanı zalda olanlardan biri özünəməxsus şücaət göstərib. İnsanlara atəş açan terrorçulardan arvadını qorumağa çalışan kişi terrorçuya hücum edib və onu zərərsizləşdirib.  Aktiv və qətiyyətli hərəkətləri ilə o ətrafındakı insanların da həyatını xilas edib". 

Şəxsin adı və  veriləcək mükafatın dəyəri açıqlanmayıb. 

Gülayə Mecid