"Terror təşkilatı kimi təsnif edilən PKK-ya rəğbət bəsləməyə və təxribatlara göz yummaq olmaz".

"Unikal" xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr De Croo deyib. 

Baş nazir bu barədə Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında danışıb. O, son günlər terror təşkilatı olan PKK tərəfdarlarının ölkənin müxtəlif bölgələrində türkləri hədəf alan hücumlarına münasibət bildirib: "Provokasiyalar dayandırılmalıdır". 

Aleksandr De Croo təxribatların ölkə xaricindən idarə olunduğunu, lakin bu barədə faktın olmadığını da qeyd edib. 

Zərifə Nağıyeva