Xəbər verdiyimiz kimi, Ermənistan Rusiya sərhədçilərini avqust ayının 1-dən etibarən ölkədən çıxaracaq. 

"Unikal" xəbər verir ki, artıq rusların yerinə Ermənistan öz sərhədçilərinin qəbuluna başlayıb. 

"Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ermənistan Respublikasının dövlət sərhədinin “Zvartnots”, “Baqrataşen” və digər keçid məntəqələrində kiçik zabit vəzifələrinə qəbullar təşkil edir. Xidmətə qoşulmaq üçün ən azı orta təhsilli, erməni və xarici dil (ingilis və ya rus) dilini bilən Ermənistan vətəndaşı olan qadın və müddətli həqiqi hərbi xidmət keçmiş kişi vətəndaşlar müraciət edə bilərlər", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu