Rusiyanın minik avtomobilləri istehsalçısı “AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” modellərinin istehsalına başladığını elan edib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

AvtoVAZ-ın prezidenti Maksim Sokolov bildirib ki, artıq “Lada Granta” avtomobilləri Azərbaycanda istehsal olunmağa başlayıb: "Azərbaycanda “Lada” avtomobilləri ənənəvi olaraq sevilir və hörmət edilir. Onlara onilliklər ərzində tələbat var və bu gün biz respublikadakı müştərilərimizə daha da yaxınlaşırıq". 

Onun sözlərinə görə, illik istehsal həcmi 4-5 min avtomobilə çata bilər: "Biz Granta ilə başlayırıq və 2024-cü ilin sonuna qədər NIVA, eləcə də Vesta ailəsi - Legend və Travel ilə yerli istehsalın çeşidini genişləndirməyi planlaşdırırıq, sınaq nümunələri artıq bitib və keyfiyyət auditindən keçir". 

Ağarza Elçinoğlu