"YourFellowArab" təxəllüsü ilə tanınan amerikalı videoblogger və jurnalist Edison Pierre Malouf Haitidə qaçırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, cinayətkarlar onun üçün böyük fidyə tələb ediblər: "Hadisə yerli cinayətkar qruplaşmanın nümayəndəsi ilə müsahibədən sonra baş verib. Blogger və həmkarı müsahibədən qayıdarkən qaçırılıb. Onların azadlığa buraxılması üçün 600 min dollar fidyə istənilib". 

Qaçırılanın ailəsi dəstək üçün ABŞ hökumətinə müraciət etsə də, hələlik rəsmi qurumlardan heç bir şərh verilməyib.

Ağarza Elçinoğlu