Goranboyda yol qəzası olub, yaralanan var.

"Unikal"ın məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsi ərazindəki yol dairəsində baş verib.

İki avtomobilin toqquşması nəticəsində ciddi bədən xəsarəti alan 1991-ci il təvəllüdlü Tərtər rayon sakini Kərimov Heydər Rəhman oğlu xəstəxanaya çatdırılıb. Yaralı burada ilkin tibbi yardım aldıqdan sonra əlavə müayinələr üçün Gəncə klinikalarından birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov