Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycandakı diplomatik korpus üçün iftar mərasimində iştirak edib.

"Unikal" xəbər verir ki, bu barədə XİN başçısı sosial şəbəkədə yazıb.

“Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün iftar süfrəsində çıxış etməkdən məmnunam. Bu mübarək ayda bütün müsəlman dünyasına sülh, firavanlıq diləyirik. Qarşılıqlı dəstək və həmrəylik ümumi təhdidlərlə mübarizə aparmaq və problemlərin tezliklə həllinə töhfə verməyin açarıdır”, – deyə Ceyhun Bayramov qeyd edib.