Gəncədə 40 yaşlı qadın dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Sədi küçəsində qeydə alınıb.

Şəhər sakini 40 yaşlı Elmira Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, E.Əliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Tural Əhmədov