Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Saatlı rayonunun Əlisoltanlı kənd sakinləri, 1953-cü il təvəllüdlü Nəzərov Əli Əliqulu oğlu və 1970-ci il təvəllüdlü İslamov Məhərrəm Təhməz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.