Bakıda “Şərab evi”nin qarşısında bıçaqlanma baş verib.

"Unikal" xəbər verir ki, Lökbatan qəsəbəsində “Şərab evi” mağazasının qarşısında bıçaqlanma hadisəsi baş verib.

Belə ki, Baxşıyev Fuad Təyyar oğlu “Şərab evi” mağazasının qarşısında tanışı İsmayılzadə Orxan Ramiz oğlu ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı cibində gəzdirdiyi bıçaqla bir neçə dəfə sonuncuya bədən xəsarəti yetirib.

Faktla bağlı cinayət işi başlanıb, F.Baxşıyev şübhəli şəxs qismində tutulub.