Mərkəzi Fransanın Montarqis kommunasının məhkəməsi aktyor Alen Delonun əmlakını satmaq hüququnu məhdudlaşdıraraq onu gücləndirilmiş qəyyumluq rejiminə keçirib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, müvafiq tədbir beş ilədək qüvvədə ola və daha uzun müddətə uzadıla bilər.

Bu müddət ərzində adı açıqlanmayan qəyyumun Delonun gəlirləri ilə bağlı qərar vermək hüququ var.

Tədbirlər aktyorun ailəsində baş verən bir sıra qalmaqallar fonunda həyata keçirilib. Əvvəlcə media 88 yaşlı Delonun uşaqlarının, daha sonra isə özünün həyat yoldaşı Hiromi Rollindən şikayət etdiyini yazmışdı Qadın aktyora mənəvi zərər vurmaqda günahlandırılıb.