Surqutda 44 yaşlı kişi həyat yoldaşı və oğlunun gözü qarşısında güllələnib.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, həmin şəxsin biznesmen olduğu ortaya çıxıb

Hadisə iş adamının evinin qarşısında baş verib. Belə ki, avtomobildən düşən kişiyə naməlum şəxs beş dəfə atəş açıb. 

Atəş açan şəxsin kimliyi hələ müəyyən edilməyib.  Kişinin həyat yoldaşı qeyd edib ki, qətlə səbəb ərinin biznes rəqibləri ilə fikir ayrılığı ola bilər.

İstintaq Komitəsi artıq  biznesmenin ölümü ilə bağlı cinayət işi açıb. 

Gülayə Mecid