"İsrailin Varşavadakı səfiri Yakob Livne ölkəsinin hücumu nəticəsində Qəzza zolağında polşalı könüllünün ölümünə görə başını aşağı salıb üzr istəməlidir". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Polşanın müdafiə naziri  Vladislav Kosiniyak-Kamış deyib. 

Nazir qeyd edib ki, İsrail səfiri özünü müstəqil təmsilçi kimi deyil, İsrailin nümayəndəsi kimi aparmalıdır.

"Təvazökarlıq, üzr istəmək, baş əymək, faciəni izah etmək... Məqsədlərimiz bunlardır... Tələbimiz budur. Biz bunda həmrəyik”, - deyə Kosiniyak-Kamış bildirib. 

Bundan əvvəl Polşa prezidenti Anjey Duda İsrailin Polşadakı səfirini  bu ölkələrin münasibətlərindəki ən böyük problem adlandırmışdı. 

Xatırladaq ki, aprelin 2-də İsrailin baş naziri Benyamin Netanyahu  etiraf edib ki, İsrail ordusu  Qəzza zolağında "World Central Kitchen" beynəlxalq yardım şirkətinin işçilərinə hücum edib. Hadisə nəticəsində şirkətin əməkdaşları Polşa, Avstraliya və Böyük Britaniyadan olan könüllülər həlak olub. 

Gülayə Mecid