Gəncədə  78 yaşlı kişi intihar edib.

"Unikal" xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən evlərin birində qeydə alınıb. Şəhər sakini 1946-cı il təvəllüdlü Teymurov Mübariz Fərəməz oğlu yaşadığı evin həyətində özünü asaraq intihar edib. Yaşlı kişinin meyiti yaxınları tərəfindən asılmış vəziyyədə taplıb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Onun  hansı səbəbdən intihar etməsi  məlum deyil.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda  araşdırma aparılır.

Tural Əhmədov