Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna ordusu və Müdafiə Qüvvələri ilə birlikdə Rusiya Federasiyasının Rostov vilayətindəki Morozovsk aerodromuna hücum edib. 

"Unikal" xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb. 

Hücum nə nəticəsində azı 6 təyyarə məhv edilib: "Xüsusilə, Su-24, Su-24M, Su-34 ön xətt bombardmançıları aerodromda idi".

Məlumata görə, Rusiya Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və cəbhə xəttində yerləşən Ukrayna şəhərlərinə idarə olunan aviabombalar atmaq üçün məhz bu təyyarələrdən istifadə edirdi.

Ağarza Elçinoğlu