Cəlilabadda yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, Cəlilabad rayonunun Dələli kəndində "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.