İsrail kəşfiyyat xidməti Mossadın Türkiyədə hədəf aldıqları şəxslər və şirkətlər haqqında məlumat toplayanlara qarşı əməliyyat keçirilib. 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" platformasında yazıb. 

""Mossad"ın Türkiyədəki hədəfləri haqqında məlumat toplayan və bu məlumatları İsrail kəşfiyyat ünsürlərinə ötürdüyü təsbit edilən 8 nəfər “Köstəbək-3” əməliyyatında  saxlanılıb. Tutulan 8 nəfərdən 2-si həbs edilib, 6-sı isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb", - deyə nazir qeyd edib.