Rusiya Xarici İşlər Nazirliyi Cənubi Koreya səfirini XİN-ə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya departamentinin saytında məlumat verilib.

Bildirilib ki, Cənubi Koreya səfiri Li Do Hoon Seulun birtərəfli sanksiyaları səbəbindən Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub. 

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun verdiyi açıqlamada, Moskva Cənubi Koreya hökumətinin Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı birtərəfli sanksiyalar tətbiq etməsini Seulun növbəti qeyri-dost addımı kimi qiymətləndirdiyini bildirib.

Zərifə Nağıyeva