Syerra-Leone prezidenti Julius Maada Bio, ölkəsində gənclər arasında narkotik istifadəsi geniş yayıldığı üçün "milli fövqəladə vəziyyət" elan edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bio xalqa müraciətində hökumətin narkotiklərlə mübarizə planlarını açıqlayıb. 

Narkomaniya dağıdıcı təsirlərinə görə hazırda ölkənin ekzistensial təhlükə ilə üzləşdiyini bildirən Bio, hökumətin bu problemə qarşı təcili tədbirlər gördüyünü vurğulayıb. 

Bio gənclər arasında “kuş” adlı dərmandan geniş istifadə etdikləri üçün “milli fövqəladə vəziyyət” elan etdiklərini bildirib. 

Hökumətin narkotik ticarəti şəbəkələrini çökdürmək üçün çalışdığını ifadə edən Bio, "Dövlət qurumları və qeyri-hökumət təşkilatlarını əhatə edən bir işçi qrupu qarşısının alınması, müalicəsi, sosial xidmət dəstəyi, hüquq-mühafizə və ictimaiyyətin iştirakı ilə bağlı məsuliyyət daşıyacaq", - deyib. 

Marixuana oxşar təsirə malik kimyəvi maddələrin qarışığı olan “kuş” bir neçə ildir ki, Qərbi Afrika ölkələrində, məsələn, Syerra-Leone və Liberiyada geniş istifadə olunur. Səyahətçilər arasında “kuş” sözünün geniş yayılması səbəbindən yanvar ayında Liberiyada “milli sağlamlıq fövqəladə vəziyyət” elan edilib.

Gülayə Mecid