Hindistanda bir adam 238 dəfə seçkilərdə iştirak edib və heç vaxt qalib gəlməyib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Padmarajan" kimi tanınan şəxs Tamil Nadu ştatından olan 65 yaşlı fəhlədir. O, 30 il ərzində 238 seçkidə səs verməsi, qeydiyyat rüsumlarına minlərlə dollar xərcləməsi ilə tanınır. Hindistanlı heç vaxt qalib gəlməyib, amma qələbənin ona lazım olmadığını deyir.

"Bütün namizədlər seçkilərdə qalib gəlməyə çalışırlar, amma mən yox", - deyə o, yerli mətbuata açıqlamasında bildirib. 

Kişi başa düşür ki, hətta yerli hakimiyyət orqanlarında da yüksək vəzifə tutmaq şansı yoxdur. Adam öz nümunəsi ilə göstərir ki, hər kəs namizədliyini irəli sürə, seçilə bilər.

İnsanları ruhlandırmaq və onlara gündəlik həyatlarında əzmkar olmağı öyrətmək üçün Padmarajan indi tələbələrə davamlılıq və uğursuzluqların öhdəsindən gəlmək haqqında mühazirələr oxuyur.

Gülayə Mecid