Pakistanda hakimlərə göndərilən təhdid məktublarında şübhəli tozda 10 faiz arsen (zəhərli maddə) aşkar edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən məktublar 4 Konstitusiya Məhkəməsi, 8 İslamabad Ali Məhkəməsi və 6 Lahor Ali Məhkəməsinin, həmçinin Pakistan Konstitusiya Məhkəməsinin sədri Kazı Faiz İsaya göndərilib. 

Təhdid məktublarında şübhəli toz aşkarlandıqdan sonra məhkəmə-tibbi ekspertizaya göndərilib.  Araşdırma nəticəsində, məktublarda 100/10 arsen (zəhərli maddə) təsbit edilib. 

Zərifə Nağıyeva