Goranboyda məktəbli qızı maşın vurub.

"Unikal"ın məlumatına görə hadisə rayon mərkəzində baş verib. Minik avtomobili 2010-cu il təvəllüdlü rayon sakini Cəmilli Xədicə Pərviz qızı yolu keçən zaman onu vuraraq müxtəlif bədən xəsarətləri yetirib. Ətrafdakıların da köməyi ilə yaralı qız xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov