İngiltərə Premyer Liqasının 31-ci turunun "Çelsi" - "Mançester Yunayted" matçından sonra gərgin anlar yaşanıb.

"Unikal" xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Enzo Fernandes "Mançester Yunayted"in hücumameyilli yarımmüdafiəçisi Meyson Mauntla mübahisə edib. Bu barədə "Daily Mail" məlumat yayıb.

Final fitindən sonraEnzo Mounta qışqırıb: “Bu, “Çelsi”dir, sən isə qorxaqsan və toyuqsan”. Bu, tərəflər arasında mübahisəyə səbəb olub.

Xatırladaq ki, Mount ötən yay "Çelsi"dən “Mançester Yunayted”ə keçib.