Futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, “Sabah“ səfərdə “Turan Tovuz”un qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu nəticədən sonra xallarını 39-a çatdıran “Turan Tovuz” 6-cı pilləyə yüksəlib. “Sabah” isə 40 xalla 5-ci sırada qalıb.