Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan avtomobil təmiri sexində 1 ədəd "AzSamand" markalı minik avtomobili yanıb.

"Unikal" xəbər verir ki, 2 ədəd "AzSamand" markalı minik avtomobili isə qismən qarsalanıb.

Sex və avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.