Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

"Unikal" xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə məğlub olan M.Stadnik bu turnirdən “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.