Tovuzda 2-si azyaşlı olmaqla 5 nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində qeydə alınıb. "Mercedes Vito " markalı mikroavtobusla "VAZ 2106" toqquşub.

Toqquşmadan  sonra mikroavtobus yoldan çıxaraq yüksək gərginlik xəttinə çırpılıb, nəticədə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Dərhal əraziyə "Azərişıq" ın əməkdaşları cəlb olunub, elektrik enerjisinin bərpası istiqamətində işlər gedir.

Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlar Abulbəyli kənd sakinləri 1993-cü il təvəllüdlü Rafiq Məmmədov, 1994-cü il təvəllüdlü Günel Məmmədova, 1993-cü il təvəllüdlü Xəyalə Əliyeva, 2018-ci il təvəllüdlü Fatimə Məmmədova və 2017-ci il təvəllüdlü Mələk Məmmədovadır.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov