Tovuzda 24 yaşlı qadını əqrəb sancıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Qəribli kəndində baş verib. Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü A.Hacıyeva əqrəb sancması əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, 24 yaşlı qadını yaşadığı evdə əqrəb sancıb.

Tural Əhmədov