Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi "Ümraniyespor" Türkiyə 1-ci liqasında 29-cu tur oyununa çıxıb.

"Unikal" xəbər verir ki, komanda evdə "Şanlıurfaspor"la qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

C.Diniyev start heyətdə meydana daxil olub və 60-cı dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, "Ümraniyespor" hazırda turnir cədvəlində 34 xalla 11-cidir.