"Bəzən bir insan fikir bildirəndə emosiyalarını saxlaya bilmir, sərt danışır. Mən buna fikir vermirəm".

"Unikal" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. O bildirib ki, Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur.

"Bizimlə müqaviləsi var. Müəyyən danışıqlar olub. Son günlərdəki yazılara uyğun heç nə yoxdur. Hər şey qaydasındadır".

Qeyd edək ki, rusiyalı qolkiperin meneceri Anton Smirnov “RB Sport”a müsahibəsində Andrey Lunyovun “Qarabağ”da qazandığından daha yüksək məvacibə layiq olduğunu, digər variantları nəzərdən keçirəcəklərini bildirib.