İmişlidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, qəza nəticəsində 9 yaşlı uşaq xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə İmişli şəhərindəki Nəcməddin Savalanov küçəsində qeydə alınıb.

Zamanov Ramo Mustafa oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən 2015-ci il təvəllüdlü Xancanov Əlizadə Elman oğlunu vurub. Xəsarət alan uşaq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyyə olunub. Faktla bağlı araşdırma aparılır.