Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaşması keçirilib.

"Unikal" xəbər verir ki, “Mançester Yunayted” öz meydanında turnir cədvəlinin lideri “Liverpul”la qarşılaşıb.

Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Bruno Fernandeş və Mayno fərqləniblər. Qonaqların qollarına isə Diaz və Salah imza atıblar.

Beləliklə, 31 turdan sonra hesabında 71 xal olan Liverpul ikinci pilləyə enib. Onunla eyni xal toplayan “Arsenal” isə zirvəni ələ keçirib. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Mançester Siti”nin hesabında 70 xal var.