Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbə sakini, 1986-ci il təvvəllüdlü Abbasov Ruslan Tofiq oğlu küçədə tanışı ilə dava zamanı bıçaq xəsarətləri alıb.

Yaralı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.