"Keçəlləşmə müxtəlif xəstəliklərin və digər sağlamlıq problemlərinin nəticəsi ola bilər". 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu dermatoloq Mariya Vasilyeva deyib. 

Onun sözlərinə görə, normal, fizioloji səbəbli saç tökülməsi hər gün baş verir, bu, saç böyüməsi dövrü ilə əlaqədardır:

"İnsanın doğulduğu başındakı tük follikullarının sayından asılı olaraq gündə 100-ə qədər tükün tökülməsi normaldır. Müəyyən sahələrdə baş verən incəlmə ilə ümumi saç həcminin 10%-dən çoxunun itirilməsi bir patoloji hesab edilə bilər.  Saç tökülməsinə səbəb xəstəliklər də ola bilər. Məsələn, saç tökülməsi yüksək hərarət, COVID-19, stress və ya anesteziya altında cərrahiyyə ilə müşayiət olunan xəstəliklərlə əlaqələndirilir. Bu vəziyyətdə yaxşı yemək lazımdır, pəhrizinizdə protein üstünlük təşkil etməlidir. Həmçinin, dəmir, sink, B, D, C vitaminlərinin çatışmazlığını kompensasiya etməlisiniz".

Həmçinin, Vasilyeva bildirir ki, keçəllik qalxanabənzər vəzinin xəstəlikləri, hormonal dəyişikliklər (yetkinlik, hamiləlik zamanı və ondan sonrakı dövr, premenopoz və menopauza) ilə bağlı ola bilər.  

Gülayə Mecid