Bakı Ağır Cinayətləri Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Pantamimo" teatrının mühasibi işləmiş, 332 min manat mənimsəməkdə təqsirli bilinən Aytən Kərimovanın məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı təqsirləndirilən şəxsin üzərindən 308.2-ci maddəsinin (vəzifə səlahiyyətlərindən sui-istifadə) götürülməsi ilə bağlı məhkəməyə təklif verib. Hakim müşavirə edərək Aytən Kərimovanın üzərindən həmin maddənin götürülməsi ilə bağlı qərar çıxardıb. 

Qeyd edək ki, Aytən Kərimova 179.3.2 və 313-cü maddələr ilə ittiham olunur. 

Məhkəmə prosesi 15 aprel tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, Aytən Kərimova barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (Vəzifə saxtakarlığı ) maddələri ilə cinayət işi başlanılıb.

A.Kərimova teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəməkdə ittiham edilir.

Azər İsrafilov